At-Tawbah surəsi, ayə 27

9:27

ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعۡدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٢٧

Thumma yatūbullāhu mim ba'di dhālika 'alā man yashā'u wallāhu ghafūrur rahīm

Bundan sonra Allah istədiyinin tövbəsini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.

Təfsir

Kim bu əzabdan sonra küfür və zəlalət əməllərindən tövbə edərsə Allah onun tövbəsini qəbul edər. Allah, Ona tövbə edən qullarına qarşı bağışlayandır, rəhm­lidir. Beləki Uca Allah onların küfür və asilik etdikdən sonra tövəbələrini qəbul edər, onalara əzab verməz.