ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَنزَلَ جُنُودٗا لَّمۡ تَرَوۡهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُواْۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ ٢٦
Thumma anzalallāhu sakīnatahū 'alā rasūlihī wa'alal-mu'minīna wa anzala junūdal lam tarawhā wa'addhabal-ladhīna kafarū wadhālika jazā'ul-kāfirīn
Sonra Allah, Öz Elçisinə və möminlərə arxayınlıq nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası.
Təfsir
Düşmənə arxa çevirib qaçdıqdan sonra Allah Öz Elçisinə və möminlərə əminlik, rahatlıq nazil etdi və beləliklə də onlar bunun sayəsində döyüşdə sabit qədəm oldular. Allah sizin köməyinizə sizin görə bilmədiyiniz mələklər göndərdi və kafirlərə isə öldürülmə, əsir alınma, mal-dövlətlərinin və oğul-uşaqlarının ələ keçirilməsi ilə əzab verdi. Kafirlərin başına gələn bu müsibət onların Allahın elçisini yalan sayıb ondan üz çevirdiklərinə görə idi.