يُبَشِّرُهُمۡ رَبُّهُم بِرَحۡمَةٖ مِّنۡهُ وَرِضۡوَٰنٖ وَجَنَّٰتٖ لَّهُمۡ فِيهَا نَعِيمٞ مُّقِيمٌ ٢١
Yubasshiruhum rabbuhum birahmatim minhu waridwānin wajannātil lahum fīhā na'īmum muqīm
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.
Təfsir
Allah onlara mərhəmət əta edib, razı qalacağını, onlara əsla qəzəblənməyəcəyini və içərisində onlar üçün heç vaxt tükənməyən, əbədi nemətlər olan cənnətlərə daxil edəcəyini xəbər verərək sevindirmişdir.