وَأَمَّا ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَتۡهُمۡ رِجۡسًا إِلَىٰ رِجۡسِهِمۡ وَمَاتُواْ وَهُمۡ كَٰفِرُونَ ١٢٥
Wa ammal-ladhīna fī qulūbihim maradun fazādathum rijsan ilā rijsihim wamātū wahum kāfirūn
Qəlblərində xəstəlik olanlara gəlincə, (nazil edilən surə) onların murdarlığı üstünə bir murdarlıq da artırar və onlar kafir olaraq ölərlər.
Təfsir
Amma münafiqlərə gəlincə, onlar Allahın nazil edilən ayələrini təkzib etdiklərinə görə əhkamlar və qissələrlə zəngin olan Quranın nazil edilməsi onların murdarlığı və xəbisliyi üstünə bir daha da murdarlıq və xəbislik artırar və hər dəfə ayələr nazil edildikdə bu ayələrə şəkk-şübhə ilə yanaşdıqlarına görə Peyğəmbərə Quran nazil edildikcə qəlblərindəki mərəz daha da artar və onlar kafir olaraq ölürlər.