At-Tawbah surəsi, ayə 111

9:111

۞ إِنَّ ٱللَّهَ ٱشۡتَرَىٰ مِنَ ٱلۡمُؤۡمِنِينَ أَنفُسَهُمۡ وَأَمۡوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلۡجَنَّةَۚ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ فَيَقۡتُلُونَ وَيُقۡتَلُونَۖ وَعۡدًا عَلَيۡهِ حَقّٗا فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ وَٱلۡقُرۡءَانِۚ وَمَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ مِنَ ٱللَّهِۚ فَٱسۡتَبۡشِرُواْ بِبَيۡعِكُمُ ٱلَّذِي بَايَعۡتُم بِهِۦۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ١١١

Innallāhashtarā minal-mu'minīna anfusahum wa amwālahum bi anna lahumul-jannata yuqātilūna fī sabīlillāhi fayaqtulūna wayuqtalūna wa'dan 'alayhi haqqan fit-tawrāti wal-injīli wal-qur'āni waman awfā bi'ahdihī minallāhi fastabshirū bibay'ikumul-ladhī bāya'tum bihī wadhālika huwal-fawzul-'azīm

Şübhəsiz ki, Allah möminlərdən, Cənnət müqabilində, onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdinə kim vəfalı ola bilər?! Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.

Təfsir

Həqiqətən, Allah mö­minlər­dən, dəyəri baha olan Cənnət müqa­bilin­də, on­ların can­la­rını – bunun hamısı Allahın mülkü olsa belə, onlara sayğı baxımından – sa­tın almışdır. Çünki on­lar, Allahın kəlməsi uca olması üçün Allah yo­lunda kafirlərlə vuruşub ya kafirləri öldü­rür ya da ki, kafirlər onları öldü­rürlər. Bu, Allahın, Musanın kitabı Tövratda, İsanın kitabı – aleyhiməssəlam – İn­cil­də və Muhammədin (sallallahu aleyhi və səlləm) kitabı Quranda Öz öhdəsinə gö­tür­düyü bir vəd­dir. Uca Allahdan da­ha çox Öz əhdinə kimsə sadiq ola bilməz. Ey möminlər! Elə isə Allahla sövdələşdiyiniz bu alış-verişə gö­rə sevinin. Atrıq siz bu sövdələşmənizdən böyük bir qazanc əldə etdiniz. Çünki bu alış-veriş böyük uğurdur.