لِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا ٧
Liyunfiq dhū sa'atim min sa'atihī waman qudira 'alayhi rizquhū falyunfiq mimmā ātāhullāhu lā yukallifullāhu nafsan illā mā ātāhā sayaj'alullāhu ba'da 'usrin yusrā
Qoy var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq edəcəkdir.
Təfsir
Qoy var-dövlət sahibi boşadığı qadına və öz övladına öz varına görə xərcləsin. İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz, onu bacarmadığı işlə yükləməz. Allah onun sıxıntısından və çətinliyindən sonra ona asanlıq və zənginlik nəsib edər.