وَكَأَيِّن مِّن قَرۡيَةٍ عَتَتۡ عَنۡ أَمۡرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبۡنَٰهَا حِسَابٗا شَدِيدٗا وَعَذَّبۡنَٰهَا عَذَابٗا نُّكۡرٗا ٨
Waka'ayyim min qaryatin 'atat 'an amri rabbihā warusulihī fahāsabnāhā hisāban shadīdan wa'addhabnāhā 'adhāban nukrā
Neçə-neçə məmləkət əhli öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onları şiddətli haqq-hesaba çəkib dəhşətli əzaba düçar etdik.
Təfsir
Neçə-neçə məmləkətlər pak və müqəddəs Rəbbinin, habelə, Onun elçilərinin (aleyhimussəlam) əmrinə asi oldu. Biz də, onlarla etdikləri pis əmllərinə görə şiddətli haqq-hesab çəkdik və onları həm bu dünyada, həm də axirətdə dəhşətli əzaba düçar etdik.