At-Taghabun surəsi, ayə 5

64:5

أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُ فَذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ٥

Alam ya'tikum naba'ul-ladhīna kafarū min qablu fadhāqū wabāla amrihim walahum 'adhābun alīm

(Ey Məkkə müşrikləri!) Məgər daha öncə (Nuh, Ad, Səmud qövmləri kimi) kafir olanların xəbəri sizə gəlib çatmadımı? Onlar (dünyada) etdiklərinin cəzasını daddılar. Onlar üçün (axirətdə) acılı-ağrılı bir əzab vardır.

Təfsir

Ey müşriklər! Sizdən əvvəl Nuh qövmünün, ad tayfasının, səmudluların və başqa bunlar kimi haqqı yalan saymış, dünyada etdikləri küfrün cəzasını dadmış, axirətdə də özləri üçün ağrılı-acılı bir əzab hazırlanmış ümmətlərin xəbəri sizə gəlib çatmadımı?! Əlbəttə ki, onların xəbəri sizə gəlib çatıb. Elə isə onların başına gələnlərdən ibrət alın və onların başlarına gələnlər sizin başınıza gəlməzdən əvvəl Allaha tövbə edin.