At-Taghabun surəsi, ayə 16

64:16

فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيۡرٗا لِّأَنفُسِكُمۡۗ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٦

Fattaqullāha mastata'tum wasma'ū wa atī'ū wa anfiqū khayral li anfusikum waman yūqa shuhha nafsihī fa ulā'ika humul-muflihūn

Allahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asın, (ona) itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin xəsisliyindən qorunanlar – məhz onlar nicat tapanlardır.

Təfsir

Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə və bacardığınız qədər Allaha itaət etməklə Ondan qorxun. Allaha və Onun rəsuluna qulaq asıb itaət edin və Allahın ruzi olaraq sizə bəxş etdiyi mallarınızdan xeyirli işlərə xərcləyin. Allah kimi nəfsinin tamahından qoruyarsa – məhz onlar istədiklərinə nail olmaqla və qorxuqlarından xilas olmaqla nicat tapanlardır.