إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ ٣٣
In yasha' yuskinir-rīha fayazlalna rawākida 'alā zahrihī inna fī dhālika la'āyātil likulli sabbārin shakūr
Əgər (Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (gəmilər də) dənizin üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda çox səbirli olan və çox şükür edən hər bir kəs üçün ibrətlər vardır.
Təfsir
Əgər Allah gəmiləri aparan küləyi sakitləşdirmək istəsə, onu sakitləşdirər, onlar da, dənizdə hərəkətsiz qalarlar. Həqiqətən, gəmilərin qayırılmasında və küləklərin ram edilməsində, bəlalara və sınaqlara səbir edən və Allahın nemətlərinə şükür edən hər kəs üçün Allahın qüdrətini sübut edən aydın dəlillər vardır.