وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ٣١
Wamā antum bimu'jizīna fil-ardi wamā lakum min dūnillāhi min waliyyin walā nasīr
Siz yer üzündə (Allahdan) yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz.
Təfsir
Rəbbiniz sizi cəzalandırmaq istəsə, siz qaçıb Ondan canınızı qurtara bilməzsiniz. Ondan başqa sizin nə işlərinizi yoluna qoyan bir haminiz olar, nə də Onun əzabını sizdən uzaqlaşdıracaq bir köməkçiniz.