Ash-Shura surəsi, ayə 29

42:29

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ ٢٩

Wamin āyātihī khalqus-samāwāti wal-ardi wamā battha fīhimā min dābbatin wahuwa 'alā jam'ihim idhā yashā'u qadīr

Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılması Onun (vəhdaniyyətinin və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları toplamağa qadirdir.

Təfsir

Allahın göyləri və yeri xəlq etməsi, habelə, onların içində qəribə məxluqlar yayması, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə topla­ma­ğa və haqq-hesab çəkməyə qadirdir. Onların ilk yaradılışında Ona heç nə mane olmadığı kimi, onları bir yerə topladıqda da, Ona heç nə mane ola bilməz.