Ash-Shu'ara surəsi, ayə 74

26:74

قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ ٧٤

Qālū bal wajadnā ābā'anā kadhālika yaf'alūn

Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər.

Təfsir

Onlar İbrahimə: "Xeyr, onlara dua etdiyimizdə dualarımızı eşitməzlər, itaət etdikdə bizə heç bir fayda verməzlər və həmçinin onlara qarşı üsyan etdikdə də bizə hər hansı bir zərər toxundura bilməzlər. Lakin biz, ata-babalarımızın belə etdiyini gördük və biz bu işdə onlara təqlid edirik"- deyə cavab verdilər.