قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ ٤٢
Qāla na'am wa innakum idhal laminal-muqarrabīn
(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.
Təfsir
Firon onlara belə cavab verdi: "Bəli, sizin üçün mükafat vardır. Musaya qalib gələcəyiniz təqdirdə sizə yüksək məqamlar da veriləcək və siz mənə ən yaxın adamlardan olacaqsınız!"