إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٩٠
Inna fī dhālika la'āyatan wamā kāna aktharuhum mu'minīn
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
Təfsir
Şübhəsiz ki, Şueyb qövmünün necə məhv edildiyini xatırladan bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.