إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٧٤
Inna fī dhālika la'āyatan wamā kāna aktharuhum mu'minīn
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
Təfsir
Şübhəsiz ki, etdikləri çirkin əməlləri üzündən Lutun qövmünə göndərilən bu əzabda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.