Ash-Shu'ara surəsi, ayə 146

26:146

أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ ١٤٦

Atutrakūna fī mā hāhunā āminīn

Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

Təfsir

Məgər siz, sizə verilən bu gözəl nemətlər və bol-bol xeyirlər içində qorxusuz və əmin-aman yaşayacağınızımı ümid edirsiniz?!