Ash-Shu'ara surəsi, ayə 111

26:111

۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ ١١١

Qālū anu'minu laka wattaba'akal-ardhalūn

Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər.

Təfsir

Nuhun qövmü ona belə dedi: "Ey Nuh! Sənin ardınca gələnlər, aramızda səfil və aşağı təbəqədən olan adamlardır. Onların arasında şərəfli və yuxarı təbəqədən olan kimsələr yoxdur. Durumun bu halda ikən bizlər sənin gətirdiyinə tabe olub, əməlmi edəcəyik?!"