يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ١
Yā'ayyuhan-nabiyyut-taqillāha walā tuti'il-kāfirīna wal-munāfiqīna innallāha kāna 'alīman hakīmā
Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Təfsir
Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar Allahın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinərək təqva üzərində sabit qal və yalnız Allahdan qorx, kafirlərə və münafiqlərə - onların nəfsinin istəklərinə itaət etmə. Həqiqətən Allah, kafirlərin və münafiqlərin qurduğu hiylələri bilir və O, həm yaratmaq, həm də işləri idarə etməsində hikmət sahibidir.