إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٢٥
Inna rabbaka huwa yafsilu baynahum yawmal-qiyāmati fīmā kānū fīhi yakhtalifūn
Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Təfsir
Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin onların dünyda ikən ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək, beləliklə də,kimin haqq, kimin də batil yolda olduğunu üzə çıxaracaq və hər kəsə layiq olduğunu (mükafat və ya cəza) verəcək.