As-Sajdah surəsi, ayə 20

32:20

وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٠

Wa ammal-ladhīna fasaqū fama'wāhumun-nāru kullamā arādū an yakhrujū minhā u'īdū fīhā waqīla lahum dhūqū 'adhāban-nāril-ladhī kuntum bihī tukaddhibūn

Amma fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir.

Təfsir

Küfr və asiliklər edərək Allahın itaətindən çıxmış kimsələrə gəldikdə isə, qiyamət günü onların qərar tutacaqları, onlar üçün hazırlanmış yer Oddur. Onlar orada əbədi qalacaqlar. Hər dəfə on­lar oradan çıxmaq istədikdə, yenidən ora qaytarılacaq və onla­ra qınanılaraq deyilə­cəkdir.: “Dünyada ikən peyğəmbərlərinizin sizi qorxutduğu, yalan saydığınız odun əzabını da­dın!”