As-Sajdah surəsi, ayə 18

32:18

أَفَمَن كَانَ مُؤۡمِنٗا كَمَن كَانَ فَاسِقٗاۚ لَّا يَسۡتَوُۥنَ ١٨

Afaman kāna mu'minan kaman kāna fāsiqal lā yastawūn

Məgər möminlə fasiq eyni ola bilərmi? Eyni ola bilməzlər!

Təfsir

Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinərək Ona iman gətirən kimsə ilə Onun itaətindən çıxan kimsə eyni ola bilməz. Bu iki sinif insan Allah yanında mükafat və ya cəza almaq xüsusunda eyni ola bilməzlər!