وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ١٢
Walaw tarā idhil-mujrimūna nākisū ru'ūsihim 'inda rabbihim rabbanā absarnā wasami'nā farji'nā na'mal sālihan innā mūqinūn
Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, saleh əməl edək. Həqiqətən də, biz yəqinliklə inandıq!”– (deyəndə) görəydin!
Təfsir
Günahkarlar dirilmə gününü inkar etdiklərinə görə, Qiyamət günü zəlil halda başlarını aşağı dikərək, özlərinin rəzil olduğunu hiss edərək deyəcəklər: “Ey Rəbbimiz! Biz yalan saydığımız dirilməni gördük və Sənin göndərdiyini elçilərin dediklərinin haqq olduğunu eşitdik. Bizi dünya həyatına qaytar ki, Səni razı salacaq yaxşı işlər görək. Biz indi, dirilməyə və elçilərin dediklərinin doğru olduğuna yəqinliklə inanırıq. Əgər sən günahkarların o halını görsəydin, dəhşətli bir mənzərə görmüş olardın.