As-Saffat surəsi, ayə 24

37:24

وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ ٢٤

Waqifūhum innahum mas'ūlūn

Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”.

Təfsir

Onlar sor­ğu-sual olunacaq­lar deyə, onları Cəhənnəmə salmamışdan əvvəl dayandırın! Sorğu-sual olunduqdan sonra isə Cəhənnəmə aparın.