As-Saffat surəsi, ayə 113

37:113

وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ ١١٣

Wabāraknā 'alayhi wa'alā ishāqa wamin dhurriyyatihimā muhsinun wazālimul linafsihī mubīn

Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.

Təfsir

Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bə­rə­kət ver­dik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəs­lin­də Rəbbinə itaət edib yax­şı iş gö­rənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edən­ləri də.