As-Saff surəsi, ayə 2

61:2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِمَ تَقُولُونَ مَا لَا تَفۡعَلُونَ ٢

Yā'ayyuhal-ladhīna āmanū lima taqūlūna mā lā taf'alūn

Ey iman gətirənlər! Etmədiyiniz bir şeyi nə üçün deyirsiniz?!

Təfsir

Ey Allaha iman gətirənlər! Nə üçün siz: "Filan şey etdik" - deyirsiniz, əslində isə siz onu etməmisiniz?! Necə ki, sizlərdən biri: "Mən həm qılıncımla, həm də yalın əllə vuruşdum"- deyir, halbuki o, nə qılıncla, nə də yalın əllə vuruşmuşdur.