يَعۡلَمُونَ ظَٰهِرٗا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ ٧
Ya'lamūna zāhiram minal-hayawātid-dunyā wahum 'anil-ākhirati hum ghāfilūn
Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə qafildirlər.
Təfsir
Onlar imanın nə olduğunu və şəriət əhkamlarını bilmirlər. Bildikləri yalnız dünya həyatının görünən tərəfi, yaşamaq üçün əldə edilən qazanc və maddi sivilizasiyalardır. Onlar həqiqi axirət həyatından üz çevirmişlər, ona tərəf heç baxmırlar da.