Ar-Rum surəsi, ayə 38

30:38

فَـَٔاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِۚ ذَٰلِكَ خَيۡرٞ لِّلَّذِينَ يُرِيدُونَ وَجۡهَ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٣٨

Fa'āti dhal-qurbā haqqahū wal-miskīna wabnas-sabīli dhālika khayrul lilladhīna yurīdūna wajhallāhi wa ulā'ika humul-muflihūn

Qohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün bu daha xeyirlidir. Uğur qazananlar da məhz onlardır.

Təfsir

Ey müsəlman, qohum-əqrəbaya yaxşılıq etməklə və onlarla əlaqə saxlamaqla, habelə, yox­su­lun ehtiyacını ödəməklə, yolda qalmış müsafirin də yurduna gedib çıxmasına yardım etməklə onlara çata­caq haq­qı­ ver! Bu haqları ödəmək, Alla­hın Üzü­nü dilə­yənlər (ixlaslı olanlar) üçün daha xe­yir­li­dir. Bu yaxşılıqları edən və haqları ödəyən kimsələr - məhz onlar istədikləri Cənnətə nail olub, qorxduqları əzabdan xilas olaraq uğur qa­zananlardır.