Ar-Rum surəsi, ayə 30

30:30

فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٠

Fa aqim wajhaka lid-dīni hanīfan fitratallāhil-latī fataran-nāsa 'alayhā lā tabdīla likhalqillāhi dhālikad-dīnul-qayyimu walākinna aktharan-nāsi lā ya'lamūn

Sən batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.

Təfsir

Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar bütün dinlərdən üz döndərərək üzünüzü Allahın sizi yönəltdiyi dinə tərəf çevirin. Allahın insanların fitrətinə uyğun göndərdiyi İslam dini bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Heç bir əyriliyi olmayan doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu dinin haqq din olduğunu bilməz.