Ar-Ra'd surəsi, ayə 1

13:1

الٓمٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِۗ وَٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ ٱلۡحَقُّ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ١

Alif Lām Mīm Rā tilka āyātul-kitābi walladhī unzila ilayka mir rabbikal-haqqu walākinna aktharan-nāsi lā yu'minūn

Əlif. Ləm. Mim.1 Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən haqdır, lakin insanların çoxu (ona) inanmaz.

Haşiyələr

1 Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.

Təfsir

﴾Əlif. Ləm. Mim. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu surədə olan uca ayələr və Allahın sənə nazil etdiyi bu Quran özündə heç bir şəkk-şübhəyə yer olmayan bir kitabdır. Onun Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Lakin in­sanların çoxu inadkarlıq və təkəbbürlük edərək ona iman etməzlər.