An-Nur surəsi, ayə 6

24:6

وَٱلَّذِينَ يَرۡمُونَ أَزۡوَٰجَهُمۡ وَلَمۡ يَكُن لَّهُمۡ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمۡ فَشَهَٰدَةُ أَحَدِهِمۡ أَرۡبَعُ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ ٦

Walladhīna yarmūna azwājahum walam yakul lahum shuhadā'u illā anfusuhum fashahādatu ahadihim arba'u shahādāti billāhi innahū laminas-sādiqīn

Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutmasıdır.

Təfsir

Arvadlarını zinada gü­nah­landırıb və arvadını günahlandırdığı şeyin doğru olmasına dair öz­lərindən başqa şa­hid­ləri ol­mayanların kişilərə gəlincə, onlardan hər biri, arvadını günahlandırdığı zinada özünün doğru da­nı­şanlardan ol­masına dair dörd dəfə (əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) Allahı şahid tutmalıdır.