An-Nur surəsi, ayə 28

24:28

فَإِن لَّمۡ تَجِدُواْ فِيهَآ أَحَدٗا فَلَا تَدۡخُلُوهَا حَتَّىٰ يُؤۡذَنَ لَكُمۡۖ وَإِن قِيلَ لَكُمُ ٱرۡجِعُواْ فَٱرۡجِعُواْۖ هُوَ أَزۡكَىٰ لَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٢٨

Fa il lam tajidū fīhā ahadan falā tadkhulūhā hattā yu'dhana lakum wa in qīla lakumurji'ū farji'ū huwa azkā lakum wallāhu bimā ta'malūna 'alīm

Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə ora girməyin. Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir.

Təfsir

Əgər o evlərdə heç kim olmazsa, izin vermə haqqına sahib bir kimsə tərəfindən sizə evə daxil olmanız üçün izin verilincəyə qədər ora­ daxil olmayın. Əgər ev sahibləri sizə: "Qa­yı­dın!" – deyərsə, bu zaman evə daxil olmadan geri dönün. Bu, Allah yanında si­zin üçün da­ha təmiz­ olandır. Allah nə et­diklə­rinizi bilir və etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.