An-Nur surəsi, ayə 19

24:19

إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلۡفَٰحِشَةُ فِي ٱلَّذِينَ ءَامَنُواْ لَهُمۡ عَذَابٌ أَلِيمٞ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ١٩

Innal-ladhīna yuhibbūna an tashī'al-fāhishatu fil-ladhīna āmanū lahum 'adhābun alīmun fid-dunyā wal-ākhirati wallāhu ya'lamu wa antum lā ta'lamūn

Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.

Təfsir

İçərisində zina iftirasınında yer aldığı iyrənc əməllərin möminlər arasında yayılmasını is­təyənlər üçün dün­ya­da, iftira atan kimsə üçün təyin edilmiş hədd cəzası, axi­rətdə isə Cəhənnəm atəşində acılı-ağrılı bir əzab var­­dır. Allah o iftiraçıların yalanlarını, qullarının işinin sonu nə ilə qurtaracağını və qullarına nəyin onlar üçün daha faydalı olmasını daha yaxşı bilir, siz isə bunları bilməzsiniz.