يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا ضَرَبۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُواْ وَلَا تَقُولُواْ لِمَنۡ أَلۡقَىٰٓ إِلَيۡكُمُ ٱلسَّلَٰمَ لَسۡتَ مُؤۡمِنٗا تَبۡتَغُونَ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٞۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبۡلُ فَمَنَّ ٱللَّهُ عَلَيۡكُمۡ فَتَبَيَّنُوٓاْۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ٩٤
Yā'ayyuhal-ladhīna āmanū idhā darabtum fī sabīlillāhi fatabayyanū walā taqūlū liman alqā ilaykumus-salāma lasta mu'minan tabtaghūna 'aradal-hayawātid-dunyā fa'indallāhi maghānimu kathīratun kadhālika kuntum min qablu famannallāhu 'alaykum fatabayyanū innallāha kāna bimā ta'malūna khabīrā
Ey iman gətirənlər! Allah yolunda (cihada) çıxdığınız zaman (kimə qarşı vuruşacağınızı) müəyyən edin və sizə salam verən (və ya müsəlman olduğunu bildirən) şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” – deməyin. Allah yanında çox qənimətlər vardır. (Halbuki) Əvvəllər siz də onlar kimi idiniz, (lakin) Allah sizə lütf etdi. Elə isə (kimə qarşı vuruşacağınızı) müəyyən edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allah yolunda cihad etmək üçün çıxdığınız zaman kimə qarşı döyüşəcəyinizi diqqət edin və sizə özünün İslamda olduğuna dəlalət edən əlamət göstərdiyi bir halda, onu öldürüb və bununla ondan qənimət əldə etmək kimi, fani dünya mənfəətinə can ataraq: "Sən mömin deyilsən, sən yalnız canına və malına görə qorxaraq özünü İslamda olduğunu göstərirsən!"– deməyin. Allah yanında çox qənimətlər vardır, bu, ondan daha xeyirli və daha böyükdür. Əvvəllər siz də öz qövmündən imanını gizlədən kimsə kimi idiniz, Allah sizə İslam dini ilə mərhəmət göstərdi və qanınızı qorudu. Odur ki, kimə qarşı vuruşacağınıza diqqət edin! Şübhəsiz ki, etdiyiniz əməllərdən, hətta kiçik bir şey də olsa belə, Allaha heç nə gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.