An-Nisa surəsi, ayə 93

4:93

وَمَن يَقۡتُلۡ مُؤۡمِنٗا مُّتَعَمِّدٗا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدٗا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمٗا ٩٣

Waman yaqtul mu'minam muta'ammidan fajazā'uhū jahannamu khālidan fīhā waghadiballāhu 'alayhi wala'anahū wa a'adda lahū 'adhāban 'azīmā

Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.

Təfsir

Kim bir mö­mi­ni qəsdən, haqsız yerə öldü­rərsə, əgər bunu özünə halal görərsə, yaxud bu günahdan tövbə etməzsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəmə daxil olmaqdır. Allah ona qəzəb­lə­nər, onu Öz rəhmətindən qovar və o, böyük bir günah etdiyinə görə onun üçün bö­yük bir əzab hazırlayar.