وَمَا كَانَ لِمُؤۡمِنٍ أَن يَقۡتُلَ مُؤۡمِنًا إِلَّا خَطَـٔٗاۚ وَمَن قَتَلَ مُؤۡمِنًا خَطَـٔٗا فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖ وَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُواْۚ فَإِن كَانَ مِن قَوۡمٍ عَدُوّٖ لَّكُمۡ وَهُوَ مُؤۡمِنٞ فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ وَإِن كَانَ مِن قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞ فَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦ وَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ تَوۡبَةٗ مِّنَ ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ٩٢
Wamā kāna limu'minin an yaqtula mu'minan illā khata'an waman qatala mu'minan khata'an fatahrīru raqabatim mu'minatin wadiyatum musallamatun ilā ahlihī illā an yassaddaqū fa in kāna min qawmin 'aduwwil lakum wahuwa mu'minun fatahrīru raqabatim mu'minatin wa in kāna min qawmi baynakum wabaynahum mīthāqun fadiyatum musallamatun ilā ahlihī watahrīru raqabatim mu'minatin famal lam yajid fasiyāmu shahrayni mutatābi'ayni tawbatam minallāhi wakānallāhu 'alīman hakīmā
Heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səhvən bir mömini öldürərsə, o zaman mömin bir kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Ölənin ailəsinin (qanbahasını) bağışlaması isə müstəsnadır. Əgər (ölən adam) mömin olduğu halda, sizə düşmən olan bir qövmdəndirsə, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər (ölən adam) sizinlə aralarında anlaşma olan bir qövmdəndirsə, o halda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Təfsir
Səhvən baş verməsi istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mömini öldürərsə, o zaman o, əməlininin kəffarəsi olaraq mömin bir kölə azad etməli və qatilin yaxınları ölənin malına varis olan yaxın qohum-əqrəbasına qanbahası verməlidir. Ölənin qohum-əqrəbası qanbahasını bağışlaması isə müstəsnadır. Əgər ölən adam mömin olduğu halda, sizlə onlar arasında düşmənçilik olan bir qövmdəndirsə, o zaman qatil yalnız mömin bir kölə azad etməlidir və qanbahası isə vermir. Əgər ölən adam mömin deyil, lakin sizinlə onlar arasında zimmət əhli kimi müqavilə olan bir qövmdəndirsə, qatilin yaxınları ölənin malına varis olan yaxın qohum-əqrəbasına qanbahası verməli və o, əməlininin kəffarəsi olaraq mömin bir kölə azad etməlidir. Əgər azad etməyə mömin bir kölə tapa bilməzsə yaxud mömin bir kölə azad etməyə maddi imkanı olmazsa, Allah etdiyi günahdan tövbəsinin qəbul etməsi üçün, o, iki ay iftar etmədən, ardıcıl oruc tutmalıdır. Allah qullarının əməllərini və niyyətlərini biləndir və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!