وَلَوۡ أَنَّا كَتَبۡنَا عَلَيۡهِمۡ أَنِ ٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ أَوِ ٱخۡرُجُواْ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٞ مِّنۡهُمۡۖ وَلَوۡ أَنَّهُمۡ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَشَدَّ تَثۡبِيتٗا ٦٦
Walaw annā katabnā 'alayhim aniqtulū anfusakum awikhrujū min diyārikum mā fa'alūhu illā qalīlum minhum walaw annahum fa'alū mā yū'azūna bihī lakāna khayral lahum wa ashadda tathbītā
Əgər onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi müstəna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və sabitlik baxımından daha möhkəm olardı.
Təfsir
66 - 68- Əgər Biz onlara bir-birinlərini öldürməyi, yaxud yurdlarından çıxmağı fərz etsəydik, onlardan az bir qismi istisna olmaqla, əmrimizi yerinə yetirməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər onlar Allaha itaət etmək üçün özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, bu, onlar üçün müxalif olmalarından daha xeyirli və imanlarında sabitqədəmlik baxımından daha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.