وَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذۡنِ ٱللَّهِۚ وَلَوۡ أَنَّهُمۡ إِذ ظَّلَمُوٓاْ أَنفُسَهُمۡ جَآءُوكَ فَٱسۡتَغۡفَرُواْ ٱللَّهَ وَٱسۡتَغۡفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُواْ ٱللَّهَ تَوَّابٗا رَّحِيمٗا ٦٤
Wamā arsalnā mir rasūlin illā liyutā'a bi idhnillāhi walaw annahum iz zalamū anfusahum jā'ūka fastaghfarullāha wastaghfara lahumur-rasūlu lawajadullāha tawwābar rahīmā
Biz hər bir elçini, – Allahın izni ilə – məhz itaət edilsin deyə göndərdik. Əgər (günahkarlar) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər.
Təfsir
Biz hər bir elçini, Allahın istəyi və təqdiri ilə, məhz onun əmr etdiyinə itaət edilsin deyə göndərdik. Ey Peyğəmbər! Əgər onlar günahlar etməklə özlərinə zülm etdikləri zaman, sən həyatda ikən, sənin yanına gəlib, günahlarını etiraf edib, peşmançılıq keçirib, tövbə edərək Allahdan bağışlanma diləsəydilər və sən də onlar üçün bağışlanma diləsəydin, əlbəttə ki, Allahın onların tövbələrini qəbul edən və onlara qarşı rəhmli olduğunu görərdilər.