An-Nisa surəsi, ayə 55

4:55

فَمِنۡهُم مَّنۡ ءَامَنَ بِهِۦ وَمِنۡهُم مَّن صَدَّ عَنۡهُۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا ٥٥

Faminhum man āmana bihī waminhum man sadda 'anhu wakafā bijahannama sa'īrā

Onlardan bir qismi ona (Muhəmmədə) iman gətirdi, bir qismi də ondan üz çevirdi. Cəhənnəm onlara yandırıb-yaxan od olaraq kifayət edər.

Təfsir

Kitab əhlindən kimisi Allahın İbrahimə - aleyhissəlam - və onun nəslindən olan peyğəmbərlərə nazil etdiyinə iman gətirdi, kimisi də on­a iman etməkdən üz çevirdi. Bu onların Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm - nazil edilənə münasibətləridir. Cəhənnəm odu onlardan küfür edənlərə layiqli əzabdır.