An-Nisa surəsi, ayə 51

4:51

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُؤۡمِنُونَ بِٱلۡجِبۡتِ وَٱلطَّٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَٰٓؤُلَآءِ أَهۡدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ سَبِيلًا ٥١

Alam tara ilal-ladhīna ūtū nasībam minal-kitābi yu'minūna bil-jibti wat-tāghūti wayaqūlūna lilladhīna kafarū hā'ulā'i ahdā minal-ladhīna āmanū sabīlā

Kitabdan pay verilmişləri görmürsənmi? Özləri bütə (yaxud sehrə) və tağuta (Allahdan başqa ibadət olunanlara) inanmaqla yanaşı, (hələ bir) kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar” – deyirlər.

Təfsir

Ey Peyğəmbər! Allah özlərinə elmdən pay verilmiş yəhudiləri görüb, onların bu halından təəccüb etmirsənmi?! Onlar Allahdan başqa ibadət etdiklərinə inan­maqla yanaşı, hələ bir müşriklər üçün də yalandan: "Onlar Muhəmmədin - sallallahu aleyhi və səlləm - səhabələrindən daha doğru yol­dadırlar"– deyirlər.