ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِ وَيَكۡتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا ٣٧
Alladhīna yabkhalūna waya'murūnan-nāsa bil-bukhli wayaktumūna mā ātāhumullāhu min fadlihī wa a'tadnā lil-kāfirīna 'adhābam muhīnā
O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirir və Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Təfsir
Allah özlərinə ruzi olaraq bəxş etdiyindən Allahın onlara vacib buyurduqlarını xərcləməyə mane olan kimsələri və bu xəsisliyi başqalarına da söz və əməlləri ilə əmr edənləri, Allahın Öz lütfündən onlara bəxş etdiyi ruzini, elmi və s. bu kimi nemətləri insanlardan gizlədib, onlara haqqı bəyan etməyib, əksinə haqqı qizlədib batili yayanları sevməz. Çünki bu xislətlər, küfür xislətləridir. Biz artıq kafirlər üçün rəzil edici bir əzab hazırlamışıq.