An-Nisa surəsi, ayə 36

4:36

۞ وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا ٣٦

Wa'budullāha walā tushrikū bihī shay'an wabil-wālidayni ihsānan wabidhil-qurbā wal-yatāmā wal-masākīni wal-jāri dhil-qurbā wal-jāril-junubi was-sāhibi bil-jambi wabnis-sabīli wamā malakat aymānukum innallāha lā yuhibbu man kāna mukhtālan fakhūrā

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, miskinlərə, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevməz.

Təfsir

Allaha boyun əyərək yalnız Ona ibadət edin, Onunla yanaşı heç bir şeyə ibadət etməyin! Va­li­deynlərə hörmət edərək və qeydlərinə qalaraq onlara yax­şı­lıq edin! Qohum-əqrə­ba­ya, ye­tim­lərə və ehtiyac sahiblərinə yax­şı­lıq edin! Qohumluq əlaqəniz olan qonşuya və qohumluq əlaqəniz olmayan qonşuya da yax­şı­lıq edin! Habelə, yol yoldaşınıza və yolda qalmış qərib müsafirə yax­şı­lıq edin! Kö­lə və cariyələrinizə də yax­şı­lıq edin! Həqi­qə­tən, Allah özünü bəyənənləri, Allahın qullarına təkəbbürlük göstərənləri və özü­nü insanlardan üstün tutub fəxr edərək öz nəfsini öyən­ləri sevməz!