An-Nisa surəsi, ayə 173

4:173

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۖ وَأَمَّا ٱلَّذِينَ ٱسۡتَنكَفُواْ وَٱسۡتَكۡبَرُواْ فَيُعَذِّبُهُمۡ عَذَابًا أَلِيمٗا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ١٧٣

Fa ammal-ladhīna āmanū wa'amilus-sālihāti fayuwaffīhim ujūrahum wayazīduhum min fadlihī wa ammal-ladhīnastankafū wastakbarū fayu'addhibuhum 'adhāban alīman walā yajidūna lahum min dūnillāhi waliyyan walā nasīrā

İman gətirib xeyirxah işlər görənlərə gəlincə, Allah onların mükafatlarını tam olaraq verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.

Təfsir

Allaha iman gətirib, rəsullarını təsdiqləyın, Allahın şəriə müvafiq, yalnız Allah üçün xeyirxah iş­lər gö­rənlərə gəlincə, Allah on­ların etdikləri əməllərin mü­ka­fatlarını heç bir naqislik edilmədən tam olaraq ve­rə­cək və Öz lütfündən və ehsanından on­lar üçün bunun üzərinə bir qədər də artıracaq­dır. Amma Alla­ha iba­dət və itaət etməyi özlərinə sığışdırmayıb və təkəbbürlük gös­tə­rənlərə gə­lin­cə, Allah on­ları ağ­rılı-acılı bir əzaba düçar edə­cək­dir. Onlar özlərinə Allahdan başqa onlara fayda verən nə bir dost, nə də onları zərərdən qoruyan bir yar­dımçı tapa­ bilərlər.