An-Nisa surəsi, ayə 116

4:116

إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا ١١٦

Innallāha lā yaghfiru an yushraka bihī wayaghfiru mā dūna dhālika liman yashā'u waman yushrik billāhi faqad dalla dalālā ba'īdā

Allah Ona şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.

Təfsir

Şübhəsiz ki, Allah Ona şərik qoşmağı əfv etməz, əksinə Ona şərik qoşan kimsəni Cəhənnəmdə əbədi edər. Amma istədiyi şəxsin şirkdən başqa olan günahlarını isə Öz rəhməti və lütfü ilə bağışlar. Başqasını Allaha şərik qoşan şəxs, haqq yoldan azmış və bu yoldan çox uzaqlaşmışdır, çünki o, Xaliq ilə məxluqu eyni dərəcədə tutmuşdur.