An-Nisa surəsi, ayə 114

4:114

۞ لَّا خَيۡرَ فِي كَثِيرٖ مِّن نَّجۡوَىٰهُمۡ إِلَّا مَنۡ أَمَرَ بِصَدَقَةٍ أَوۡ مَعۡرُوفٍ أَوۡ إِصۡلَٰحِۭ بَيۡنَ ٱلنَّاسِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا ١١٤

Llā khayra fī kathīrim min najwāhum illā man amara bisadaqatin aw ma'rūfin aw islāhi baynan-nāsi waman yaf'al dhālikabtighā'a mardātillāhi fasawfa nu'tīhi ajran 'azīmā

Onların pıçıdaşmalarının çoxunda xeyir yoxdur. Sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanların arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə müstəsnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.

Təfsir

İnsanların gizli saxladıqları söhbətlərinin ço­xunda xeyir, mənfəət yoxdur. Xeyir yalnız söhbəti, sədəqə verməyi və ya şəriətin gətirdiyi həmçinin ağlın yaxşı gördüyü yaxşılıqı etməyi ya­xud da mübahisə edənlər ara­sında sülhə çağırmağı əmr edən şəx­sin pıçıl­daması isə istisnadır. Kim bunu Alla­hın razılığını qa­zan­maq üçün edər­sə, Biz ona böyük savab verəcəyik.