وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ ٨٥
Wawaqa'al-qawlu 'alayhim bimā zalamū fahum lā yantiqūn
Zülm etdiklərinə görə o söz (vəd olunduqları əzab) onları haqlayacaq və onlar danışa bilməyəcəklər.
Təfsir
Onlar, uca Allaha və Onun ayələrinə iman gətirməyib, küfrə düşərək öz nəfslərinə zülm etdiklərinə görə, əzab onları haqlayacaq və söz söyləməkdən aciz və dəlillərinin əsassız olduğundan dolayı özlərini müdafiə etmək üçün ağızlarını açıb bir kəlmə də olsun belə danışa bilməyəcəklər.