حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ ٨٤
Hattā idhā jā'ū qāla akaddhabtum bi'āyātī walam tuhītū bihā 'ilman ammādhā kuntum ta'malūn
Nəhayət (haqq-hesab) yerinə gəldikləri zaman (Allah) deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə edirdiniz?”
Təfsir
Onlar haqq-hesab ediləcək yerə qədər gətiriləcək və nəhayət Allahın hüzurunda dayandıqları zaman uca Allah onlara tənə və məzəmmət edərək belə deyəcəkdir: "Mənim vəhdaniyyətimə dəlalət edən və şəri hökmlərimi açıq-aydın izah edən ayələrimin, batil olduğuna dair bir bilginiz olmadığı bir halda, onları yalanmı sayırdınız?! Yoxsa dünyada ikən ayələrimizi təsdiq və ya təkzib barədə nə edirdiniz?!"