قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ٦٩
Qul sīrū fil-ardi fanzurū kayfa kāna 'āqibatul-mujrimīn
De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”.
Təfsir
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edənlərə belə de: "Yer üzünü gəzib-dolaşın və öldükdən sonra yenidən dirilməyi yalan sayan günahkarların aqibətinin necə olduğunu düşünün. Biz onları, öldükdən sonra dirilməyi yalan saydıqlarına görə məhv etdik.