An-Naml surəsi, ayə 59

27:59

قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ٥٩

Qulil-hamdu lillāhi wasalāmun 'alā 'ibādihil-ladhīnastafā āllahu khayrun ammā yushrikūn

De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah xeyirlidir, yoxsa Ona şərik qoşduqlarınız?

Təfsir

Ey Peyğəmbər! De: "Bizə bəxş etdiyi nemətlərə görə Uca Allaha sonsuz həmd-sənalar olsun. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və onun əshabını Lut və Saleh qövmünə göndərilən əzabdan salamat etsin! Ey müşriklər! Hər bir şeyin mülkü əlində olan, haqq məbud, Uca Allahmı yaxşıdır, yoxsa müşriklərin ibadət etdikləri, heç bir fayda və ya zərər verməyə qadir olmayan məbudları?!