An-Naml surəsi, ayə 5

27:5

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ٥

Ulā'ikal-ladhīna lahum sū'ul-'adhābi wahum fil-ākhirati humul-akhsarūn

Onlar əzabı ağır olacaq kimsələrdir. Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.

Təfsir

Sadalanan bu kimsələr üçün dünya həyatında qətilə yetirilmək və əsir düşmək kimi pis bir əzab vardır. Axirətdə isə onlar, insanların ən çox ziyana uğ­rayanları olacaqlar. Belə ki, Qiyamət günü, özlərini və ailələrini Cəhənnəmdə əbədi buraxaraq ziyana uğratacaqlar.